Əsəd rejimi dinc sakinləri hədəf aldı: 5 nəfər həlak oldu

Əsəd rejiminin İdlibdəki xəstəxananı top atəşinə tutması nəticəsində 5 nəfər mülki şəxs həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, rejim tərəfindən İdlib vilayətinin Atarib yaşayış məntəqəsindəki xəstəxanaya edilən top atışları nəticəsində 1-i uşaq olmaqla 5 mülki şəxs həlak olub, 10 dinc sakin isə yaralanıb.