Əsəd rejimi öz mövqelərini vurdu: 15 ölü

Suriyada rejim gücləri Deyr əz-Zor şəhərinin mərkəzində yerləşən məhəlləyə havadan zərbə endirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı “səhvən” İŞİD-in mövqeləri yox, öz nəzarətlərində olan bölgə vurulub. Hadisə nəticəsində 15 mülki vətəndaş həyatını itirib.

Qeyd edək ki, hərbi əməliyyatın məqsədi bölgənin yaxınlığında yerləşən İŞİD mövqelərini bombalamaq olub.

COP29