Əsəd rejimindən İdlibə hücum – 7 ölü, 10 yaralı

Bəşər Əsəd rejimi İdlibin cənubundakı Kəfr-Nabl bölgəsinə bombalı hücum təşkil edib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

Hadisə nəticəsində bir çox mülki yaşayış yerləri uçulub.

Dağıntıların altında qalan insanların xilas edilməsi üçün çalışmaların davam etdiyi bildirilib.