!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsəd rejimindən yeni vəhşilik: dinc əhali kimyəvi silahla məhv edilir – Foto, Video

!Reklam – Yazi

Suriya mülki müdafiə qurumları Bəşər Əsəd rejiminin İdlib bölgəsində əhaliyə qarşı kimyəvi silahın (xlor qazı) tətbiqi nəticəsində 55 dinc sakin həlak olub, 220 nəfər isə ağır dərəcədə zəhərlənib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Əsəd rejiminin hərbi qüvvələri Suriyanın şimalındakı İdlib bölgəsində dinc əhaliyə divan tutur.

Məlumata görə, hücum zamanı zəhərlənən 15 nəfər (1 kişi, 14 qadın-uşaq) təcili yardım maşını ilə Hatay vilayətinin Reyhanlı rayonundakı Cilvegözlü sərhəd məntəqəsindən Türkiyəyə gətirilib.

Qeyd olunur ki, Əsəd qüvvələrinə məxsus hərbi aviasiya İdlibin cənubundakı Han Han Şeyhun ərazisinə kimyəvi silahlarla zərbə endirib.

Yeniçağ.Az

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv