!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsəd Soçi razılaşmasını heçə saydı: Xüsusi zonada qanlı döyüşlər başladı

!Reklam – Yazi

Bəşər Əsədə aid qüvvələrin “İdlibdə gərginliyi azaltma zonası”nda həyata keçirdiyi top atışları nəticəsində 11 sivil vətəndaş ölüb, 25 sivil yaralanıb.

Yenicag.az xəbər verir ki, rejim qüvvələri Soçi razılaşmasını pozaraq El Tuh və Hoş El Kıssabiyyə kəndlərinə şiddətli top zərbələri endirib.

Hücumlar günorta saatlarından sonra başlayıb. Ən azı 13 top mərmisi və raket atıldığı bildirilib.
Təhlükəsizlik və xilasetmə qrupları ərazidə gərgin iş rejiminə keçib. Qurbanların sayının artması etimal edilir.

Qeyd edək ki, müxalif qüvvələr Soçi razılaşmasının şərtlərinə uyğun olaraq ağır hərbi texnikanı 10 noyabr, 2018-ci il tarixində ərazidən çıxarıb.

www.yenicag.az

1485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv