Suriyada kimyəvi silah və onun istehsalı üçün lazım olan materiallar yoxdur.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Bəşər Əsəd Hindistanın “WION” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, aprelin 4-də Xan-Şeyxundakı kimyəvi hücum Amerika və Qərbin xüsusi xidmət orqanları tərəfindən səhnələşdirilib və terrorçularla kömək məqsədi daşıyıb. Əsəd qeyd edib ki, bu, Suriya dövlətini və onun prezidentini “iblisləşdirmək” məqsədilə edilib.
Ərəb respublikasının prezidenti əmin olduğunu bildirib ki, Suriya münaqişəsinin ən pis günləri artıq arxada qalıb. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ölkə cəbhəsində vəziyyət xeyli yaxşılaşıb.
“Qərb və onun regional havadarlarının quldur birləşmələrinə yardım göstərməyə davam etmələrinə baxmayaraq, ən pis günlər arxada qalıb”, – deyə o bildirib.