Əsəd rejiminin devrilməsindən sonra Suriyada Türkiyəyə qadağalar qoyulduğu ortaya çıxıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Sözçü” məlumat yayıb.
Bildirilib ki, Bəşər Əsədin hakimiyyəti dövründə valyutadəyişmə məntəqələrində türk lirəsi qəbul olunmurmuş. Bununla yanaşı Suriya xətti ilə Türkiyəyə zənglər də edilə bilməzdi.
Qeyd edək ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb./axar.az