Əsəddən Trampa qəzəbli cavab: “Heyvan özünsən”

Bəşər Əsədə “heyvan” deyən ABŞ prezidenti Donald Trampa Dəməşq rejimindən cavab verilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya xarici işlər nazirinin müavini Eyman Sosan bu barədə verdiyi açıqlamada Trampı təhqir edib:

“Özünüz heyvansız deyə, hamının sizin kimi olduğunu düşünməyinizə ehtiyac yoxdur. Bəşər Əsəd suveren bir ölkənin xalq tərəfindən seçilmiş prezidentidir. Ona Suriya xalqı qiymət verə bilər, siz yox”.
Xatırladaq ki, Tramp “Fox Business”də Mariya Bartiromun verilişindəki çıxışı zamanı “Əgər Rusiya ortaya düşməsə və bu heyvanı (Bəşər Əsədi – red.) dəstəkləməsəydi, indi belə bir problem də olmazdı”.

Yeniçağ.Az