Əsəddən XİN başçılarının Moskva görüşünə ilk reaksiya

esedsuriya

Bəşər Əsədin mətbuat katibi Buseyna Şaban, Türkiyə, İran və Rusiyanın Moskva görüşündə qəbul etdiyi kommünike ilə bağlı Suriya hökümətinin mövqeyini bildirib.

Yeniçağ.Az türk mətbuatına istinadən xəbər verir ki, Buseyna Şaban 20 dekabr Moskva görüşü ilə bağlı açıqlama verib. O, bildirib:

“İran, Türkiyə və Rusiya arasında Moskvada imzalanan razılaşma mətnini səmimiyətlə qarşılayırıq. Bu mətn yeni bir başlanğıc ola bilər”.

Xatırladırıq ki, Rusiya, İran və Türkiyə XİN başçıları Moskvada Suriya ilə bağlı kommünike qəbul etmişdilər.

Kommünikenin müddəalardan biri də Bəşər Əsəd hakimiyyətini tərıf kimi qəbul etməkdir.

 

Aytək

Yenicag.az