Başda Türkiyəyə qarşı Reyhanlı terroru olmaqla Suriyada bir çox qətliama imza atan terrorçu, “Əsədin baş cəlladı” adlandırılan Mihraç Uralın Lazkiyədə öldürüldüyü xəbəri yayıldı.
Yenicag.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, 11 may 2013-cü il Reyhanlı faciəsi ilə hamının yaxından tanıdığı Mihrac Ural öldürülüb.
M.Uralın ölümünü “Ahraruş Şam” da təsdiqləyib. Onun top atəşi sonucu öldürüldüyü bildirilib.
PKK-nın sabiq komandirlərindən olan və Suriyada Əli Qayalı ismi ilə tanınan Mihrac Ural öz qəddarlığı ilə ad çıxarmışdı.
Qeyd edək ki, Mihraç Uralın bir neçə dəfə ölüm xəbəri yayılıb.
Yenicag.az