Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşının atası və anası Fəvaz və Səhər Axras Böyük Britaniyanı tərk edib və çox güman ki, Rusiyaya gediblər.
Yenicag.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb.
Xatırladaq ki, Əsəd hakimiyyətdən getdikdən sonra Putinin qərarı ilə sığınacaq aldığı Moskvaya gedib.
Əsədin həyat yoldaşı Əsmanın valideynləri Londonun qərbindəki Şimali Aktonda öz evlərində yaşayırlar. Oradakı supermarketin suriyalı sahibi “Deyli Meyl” bildirib ki, Axrasla təxminən on gün əvvəl danışıb.
“Aktonda böyük suriyalı icması var və onlar deyirlər ki, o, arvadı ilə qızı və kürəkənini görmək üçün Moskvaya gedib. Bu, təəccüblü deyil, çünki onlar çox yaxındırlar”, – deyə mənbə bildirib.
30 ildən artıqdır Axrası tanıyan qonşusu da onların Rusiyaya getdiklərini açıqlayıb. Qadının sözlərinə görə, son bir həftə ərzində onların evində heç kim olmayıb.