“Ən böyük arzularımdan biri idi ki, əsərimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edim. Türk Şurasının Bakıda keçirilən VII Zirvə toplantısında əsərimi ona təqdim etməklə, bu şərəfə nail oldum. O, bunu böyük səmimiyyətlə qarşıladı…”
Bu sözləri Yenicag.az-a videomüsahibəsində dekorativ tətbiqi sənət rəssamı Aygün Nagıyeva deyib.
A. Nağıyeva müsahibəsində, əvvəllər xobbi kimi başladığı, sonralar isə həyat tərzinə çevrilən rəssamlıqla, eləcə də gördüyü işlər, uğurları ilə bağlı maraqlı fikirlər səsləndirib.
Qeyd edək ki, Azərbaycan və ölkə kənarında sərgiləri təşkil olunan A.Nağıyevanın əsərləri müxtəlif müsabiqələrdə birinci yerə layiq görülüb.
Onun “Arşın mal alan”, “Azərbaycan”, eləcə də İmadəddin Nəsimiyə həsr etdiyi əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Videomüsahibəni təqdim edirik:
Gülşən Şərif