!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsgər görüşünə gələn ailə qəzaya düşdü: Ölən və yaralananlar var

!Reklam – Yazi

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Binnətli kəndində baş verib.

Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və sərnişinlər – Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, G.Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.

www.yenicag.az

1532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv