Əsgər heyəti ilə təlim məşqləri keçirilir

İllik plana əsasən, birləşmə və hərbi hissələrdə müxtəlif ixtisaslı əsgər heyəti ilə intensiv döyüş hazırlığı məşqləri davam etdirilir.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, ümumqoşun təlim mərkəzində keçirilən məşqlərdə hərbi qulluqçular çöl şəraitində ştat silahlardan müxtəlif tapşırıqları icra edir, tank heyətləri isə zirehli texnikanın idarə olunması üzrə praktiki vərdişlərini təkmilləşdirir.