Yenicag.az xəbər verir ki, “YouTube”-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərləri üçün nəzərdə tutulan “Tuşonka” ət konservlərinin Ukrayna bazarlarında satıldığını əks etdirən material yayımlanıb.
Materialı paylaşan xanım bazardan Ukrayna konservi adı ilə aldığı məhsulu evdə araşdırarkən, onun Azərbaycan DSX-nın əsgərləri üçün nəzərdə tutulduğunu aşkarlayıb.
Videoda da aydın görünür ki, konserv bankasının üzərində məhsulun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus olduğu və satışının qadağan edildiyinə dair xüsusi qeyd yazılıb.
Videonu təqdim edirik: