Qarabağda 28 ildən sonra “Qarabağ şikəstəsi” səslənib.
Yenicag.az xəbər verir ki, əsgərimiz azad olunan ərazidə tapdığı qarmonda “Qarabağ şikəstəsi”ni ifa edib.
Əsgər Emin Kərimovun ifası sosial şəbəkələrdə marağa səbəb olub və insanları duyğulandırıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasından olan Emin döyüşlərə könüllü qatılıb.