!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsgərlər zirehli maşınla şəhərdə gəzdilər

!Reklam – Yazi

38801Sərxoş olan əsgərlər şəhərdə zirehli maşın ilə gəziblər.

Yenicag.az aznews.az-a istinadən xəbər verir ki, Rusiyanın Çita şəhərində polis əməkdaşları zirehli maşın ilə şəhərdə gəzən 2 əsgəri saxlayıb.

“Zirehli maşının şəhərdə gəzməsi barədə dünən gecə məlumat almışıq. Şahidlərin sözlərinə görə, zirehli maşın yola çıxıb, qəza vəziyyəti yaratmaqla qarşı hərəkət zolağına çıxıb. Yoxlama üçün hadisə yerinə yol polisi qrupları göndərilib”, -deyə DİN mətbuat katibi Larisa İvanova bildirib.

Zirehli maşın polis tərəfindən yaşayış evlərinin həyətində saxlanılıb. Lakin, maşının içərisində olan şəxslər maşından düşməkdən imtina ediblər. Yol polis müfəttişləri hərbi formada olan 2 sərxoş şəxsi zirehli maşından çıxarmaq üçün maşının şüşələrini sındırmalı olublar.

İvanova qeyd edib ki, zirehli maşının sürücüsü barədə içkili maşın idarə etdiyi üçün protokol tərtib edilib: “Bundan əlavə onun zirehli maşını idarə etmək hüququ olmayıb . Saxlanılan sürücü və sərnişin hərbi komendaturaya təhvil verilib. Prosesual qərarın qəbul edilməsi üçün istintaq öncəsi materiallar hərbi prokurorluğa göndərilib”.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv