Əsgərlərini xilas edərkən şəhid olan “Murov qartalı” – VİDEO

Döyüş yoldaşlarını xilas edərkən şəhid olan kapitan Kənan İsrafilov sentyabrın 27-də əsgərləri ilə birgə Vətən müharibəsinə qatılıb.

Yenicag.az xəbər verir ki, 1990-cı ildə Şəkinin Şirinbulaq kəndində doğulan Kənan İsrafilov babası və nənəsinin himayəsində böyüyüb. Ona “Murov qartalı” deyirdilər.

Murov istiqamətində xidmət etdiyinə görə qazanmışdı bu adı. Gənc zabit döyüşlər zamanı qarşısına çıxan bütün düşmən postlarını darmadağın edib. Döyüşlərdə öndə gedən Kənan hər zaman əsgərlərini qoruyub. Son döyüşü isə oktyabrın 5-də olub.

Talış istiqamətində gedən şiddətli döyüşlərdə Kənanın taboru pusquya düşür. Əsgər və zabit yoldaşlarının canını öz həyatından üstün tutan qəhrəmanımız xilaskarlıq missiyasını növbəti və sonuncu dəfə yerinə yetirən zaman ağır yaralanır. Döyüşə davam edərək əsgərlərinin həyatını xilas etsə də, özü şəhid olur.

Onunla birgə döyüşən əsgər və zabit yoldaşları o anları belə xatırlayır: