!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsir düşən erməni terrorçularının KİMLİYİ BİLİNDİ - VİDEO

!Reklam – Yazi

Hadrutun Köhnə Tağlar kəndindəki əməliyyat zamanı əsir alınmış silahlı tiqranoidlərdən birinin kimliyi bəlli olub.

Yenicag.az Milli.az-a istinadla xəbər verir ki, o, Ermənistanın Eçmiədzin rayonundan hərbi xidmətə çağırılaraq Qarabağa göndərilmiş 18 yaşlı Albert Qriqoryeviç Qriqoryandır.

Valideynləri videonu görən kimi onu tanıyıblar. Albert Cəbrayılda olub, sonra Hadruta yollayıblar. Onunla əlaqə oktyabrın 15-də kəsilib.

Köhnə Tağlar kəndində keçirilən anti-terror əməliyyatı zamanı silahlı müqavimət göstərən və əsgərlərimizə F-1 əl qumbarası da atan A.Qriqoryan yaralı vəziyyətdə əsir düşüb.

Əsgərlərimiz ona ilkin tibbi yardım göstərəndən sonra hospitala yollayıblar.

Qeyd edək ki, Köhnə Tağlar kəndindəki antiterror əməliyyatında əsir alınmış digər terrorçunun da kimliyi müəyyənləşdirilib.
Bu, Ermənistanın paytaxtı İrəvanın sakini, hərbi xidmətə çağırılandan sonra Qarabağa göndərilmiş 19 yaşlı Erik Arşakoviç Qasparyandır. O da əvvəl Cəbrayılda, daha sonra Hadruta göndərilib. Oktyabrın 12-dən bəri ondan xəbər yoxdu.

Xatırladaq ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb.

Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət edib.

Bundan sonra həmin ermənilərin ərazidən çıxmaları üçün şərait yaradılıb.

Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səsgücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət ediblər. Onlara ərazini tərk etmək üçün təhlükəsizliklərinin təmin olunacağı da deyilib.

Ermənistan Müdafiə Nazirliyinin “itkin düşmüş” və “azmış” elan etdiyi həmin hərbçilər faktiki olaraq terrorçuluqla məşğul olmağa başladıqlarından, ordumuz onların qarşısında şərt qoymuşdu: ya ərazini dərhal tərk edirlər, ya da məhv ediləcəklər.

Lakin həmin erməni silahlı dəstələri ərazini tərk etmədilər. Tam əksinə, döyüş mövqeləri yaratdılar. Köhnə Tağlar və Çaylıqqayadakı bu terrorçular son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər.

Noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində hərbiçilərimizə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdı.

Ermənistan isə faktiki olaraq üçtərəfli bəyanatın şərtlərini kobudl şəkildə pozur, atəşkəs rejiminə əməl etmir, sülhün təmin oluqmasına dəstək vermir.

Ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilir, vəziyyət qəsdən gərginləşdirilir.

https://youtu.be/Va3v_gX6Eq0

www.yenicag.az

4079
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv