Əsir götürülmüş Hindistan pilotları təhvil verildi

Pakistana əsir düşmüş Hindistan Hərbi Hava Qüvvələrinin komandiri Abhinandan Varthaman azadlığa buraxılıb və vətəninə geri qaytarılıb.

Yenicag.az xəbər verir ki, hadisə Hindistan televiziyalarında canlı yayımlanıb.

Təhvil prosesi sərhəddə, Kəşmirin Vaqah yaşayış məntəqəsində baş tutub./Trend/