!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əsir və girovlarımızın azad edilməsi Azərbaycanın siyasi iradəsinin gücünü göstərir” - Partiya sədri

!Reklam – Yazi

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndində hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməsi nəzərdə tutulub.

Bu fonda dünən Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Ermənistanda əsir və girov saxlanılan soydaşlarımızın Azərbaycana təhvil verilməsini Yenicag.az-a şərh edib.

GAP sədrinin sözlərinə görə, bu gedişat digər vacib məsələlrin də öz həllini tapmasına zəmin yaradır:

“Hər üç tərəfin 10 Noyabr bəyanatında əks olunmuş müddəalara əməl etməsi təqdirəlayiqdir. Bu, onu göstərir ki, Ermənistan əldə olunan razılaşmaya birmənalı şəkildə riayət etməyə məcburdur.

Eyni zamanda, Rusiya və Azərbaycan tərəfləri də şərtlərə əməl edirlər. Azərbaycanlı əsirlərin azad olunması ölkənin siyasi iradəsinin gücünü göstərdi. Bu mənada Rusiya da Azərbaycanın gücünü artıq qəbul etməlidir.

Unutmaq olmaz ki, rus sülhməramlıları da bizim ərazilərdə məhz Azərbaycanın razılığı ilə yerləşiblər. Ona görə də Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşmalıdırlar.

Azərbaycan iqtidarı ilə müxalifətinin birliyi müşkülə çevrilən bir çox digər məsələlərin də zamanla həll olunacağına işarədir. Torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, əsirlərimizin də azad edilməsi məsələlərə pozitiv yanaşmağa əsas yaradır”.

Gülşən Şərif

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv