“Buradan çıxmağın bir yolunu tapmalıyam!”
Hızır, Ekremden başqa xainlərin də olduğunu başa düşür və ən qısa müddətdə həbsxanadan xilas olmağın yollarını axtarır. O düşünür ki, hadisələrin təqsirkarları ilə üzləşmək və ailəsinin başına gətirənlərin hesabını almaq əvəzinə həbsxanada heç nə etmədən dayanmaq mümkün deyil.
Ünal Kaplan, ona çox yaxın bir şəxs tərəfindən dəfələrlə aldadıldığını öyrənir və yaşadığı psixoloji sarsıntıdan xilas olmaq üçün təqsirkar axtarır. Bir tərəfdən də Hızırın azadlıqdan çıxdıqdan sonra ona edəcəklərindən çəkinir və Hızırın həmlələrindən xilas olamaq üçün çıxış yolları axtarır. Eyni qorxuya malik olan digər bir şəxs Ekremin addımı ilə bütün balans dəyişəcək.
Hələdə fərari vəziyyətində olan İlyasın qəzəbi, Mürseli heç cür ələ keçirə bilmədiyi üçün gün getdikcə daha da artır. Nə vaxt və haradan peyda olacağı məlum olmayan Mürsel də həbsdə olanların sonunu hazırlamaqla məşğuldur. Tipidən sonra sıra Kimsesiz Yaşarındır.