“Eşkiya dünyaya hükümdar olmaz”ın Çakırı Bakıda – İmza günü – FOTO

Oktay Kaynarcanın Bakıda imza günü olacaq.

Yenicag.az xəbər verir ki, noyabrın 29-u Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən Kiğılı mağazasının açılışında iştirak edəcək məşhur türk aktyoru Oktay Kaynarca həm də sevənləri ilə görüşəcək.

Kigılı markasının siması olan Oktay Kaynarca brendin Park Bulvar AVM-də açılan yeni mağazasının açılışında iştirak etmək üçün Türkiyədən gəlib.

Elə həmin gün saat 18.00-da Park Bulvar AVM-in 1-ci mərtəbəsində məşhur aktyorun imza günü də keçiriləcək.

Qeyd edək ki, Oktay Kaynarca Türkiyədə yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialında Çakır obrazını canlandırır.