“Eşkiya” ilin transferini etdi – FOTO

Türkiyənin məşhur serialı “Eşkiya Dünyaya Hükümdar Olmaz” ilin transferini edib.

Yenicag.az xəbər verir ki, Oktay Kaynarcanın baş rol ifaçısı olduğu seriala daha bir ustad aktyor – Ali Sürmeli qatılıb.

Türkiyənin ən çox izlənilən serialı gələn mövsüm də davam edəcək.

Qeyd edək ki, Onur Tanın rejissoru olduğu serialda ardıcıl ölüm hadisələrinin baş verməsi diqqət çəkib.