Türkiyədə bir çox serialların koronavirus səbəbindən çəkilişləri dayandırılsa da, “Eşkiya dünyaya hükümdar olmaz”ın çəkilişləri keçən həftəyə qədər davam edib.
Yenicag.az xəbər verir ki, Oktay Kaynarca, Yunus Emre Yıldırımer, Ozan Akbaba, Sanem Çelik, Burak Sergen, Hüseyin Avni Danyal koronavirus səbəbindən serialın 5-ci mövsümü üçün yeni qərar qəbul ediblər.
Belə ki, serialın sezon finalı 165-ci bölümlə baş tutacaq. 28 aprel, çərşənbə axşamı yayımlanacaq yeni bölümlə 5-ci sezon tamamlanacaq.
Bu səbəbdən, ssenarist qrupu 165-ci bölümə yeni səhnələr əlavə edib.
“Eşkiya dünyaya hükümdar olmaz” serialı sentyabr ayından etibarən 6-cı sezona başlaya bilər. Şərtləri isə pandemiyanın qarşıdakı vəziyyəti təyin edəcək.
Aslı İsmayılzadə