Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əsli Kazımova: “Ermənistanın daxili və xarici siyasəti fiaskoya uğrayıb…”

“Ermənistandakı daxili çəkişmələr artdıqca beynəlxalq ictimaiyyət qarşısında artıq “özünü acındırmaq” siyasəti işləmir”.

Yenicag.az xəbər verir ki, bunu VOİCEPRESS-ə açıqlmasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova deyib. Onun sözlərinə görə, hazırda Ermənistanda sözün əsil mənasında xaos hökm sürür: “Ermənistanda geniş vüsət alan daxili çəkişmələrlə yanaşı, Covid-19 pandemiyası ölkənin daxili siyasətini iflic hala salıb. Vəziyyət ağırlaşdıqca, vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə üzləşən rəsmi İrəvan bu gün bütün beynəlxalq rıçaqlarını itirməkdədir. Ölkədə Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi Paşinyan rejminin aqibətinin də Serj Sarkisyanın aqibəti kimi sonlanacağına dəlalət edir.

Ölkənin böyük hissəsini oliqarxiya sistemi təşkil edən Ermənistan hakimiyyəti Erməni icmasını ən aşağı sosial vəziyyətdə yaşamağa məhkum edir. Ermənistan parlamentində bitməyən hərc mərclik dövləti süquta aparacaq. Eks preizdent R. Köçəryanın azadlığa buraxılması məsələsi də, Ermənistan müxalif qüvvələrinin Rusiyanın hakim dairələrinə dayanan manupulyativ idarə üsulu ilə idarə olunduğuna dəlalət edir ki, bu da yaxın zamanda Paşinyan rejminin devrilməsi əməliyyatlarına başlanacağını söyləməyə əsas verir”.

Loading...

www.yenicag.az

387
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100