!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsli Kazımova: “Karantin rejiminin sərtləşməsi sadəcə xalqın təhlükəsizliyi üçündür”

!Reklam – Yazi

“Karantin rejminin ölkədə sərtləşməsi ilə tətbiq edilən qadağalara vəzifəsindən asılı olmayaraq, hər kəs əməl etməlidir!”

Yenicag.az xəbər verir ki, bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Ssosial Rifah Partiyasının birinci müavini Əsli Kazımova deyib. Onun sözlərinə görə, karantin rejminin ölkədə sərtləşməsi ilə tətbiq edilən qadağalara vəzifəsindən asılı olmayaraq, hər kəs əməl etməlidir:

“Covid-19 pandemiyası bütün dünya ölkələrində vüsət alıb. Bir çox ölkələrin iqtisadiyyatı çökmə astanasındadır. Azərbaycanda mübarizə çərçivəsində aparılan bütün tədbirlər proqramı bizə böyük təcrübə qazandırdı. Epidemiyanın yayıldığı bütün ölkələrin praktikasını müşahidə etmək zamanı əldə etmiş olduq. Bu gün tək məqsədimiz ölkəmizin bu pandemiyanın ən az zərər və ən az insan tələfatı ilə dəf edə bilməsinə nail olmaqdır. Bunu isə sadəcə xalqın böyük dəstəyi ilə həll edə bilərik.

Bolqarıstan Baş naziri Boyko Borisov və onun müşayiət edən nümayəndə heyəti ictimai məkanda qoruyucu maskadan istifadə etmədiyi üçün 300 avro məbləğində cərimələnib. Yəni vəzifəsindən asılı olmayaraq hər kəs qanuna tabe olunur. Bu xalqın təhlükəsizliyi üçün edilir. Türkiyədə maskasız küçəyə çıxdıqda 900 lirə cərimə tətbiq edilir. Mən bu halı dəstəkləyirəm. Hesab edirəm, Azərbaycanda da eyni üsul tətbiq ediməlidir. Cənab Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva ictimaiyyət arasında maska geyinir və bu hamımıza örnək olmalıdır.

Əziz xalqım, səbirli və həmrəy olmaq zamanıdır. Biz ancaq o zaman erməniyə də, korona virusuna da qalib gələcəyik”.

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv