“Əslində, biz İŞİD-i vururduq” – Rusiyadan Türkiyəyə cavab

Rusiyanın Baş Qərargah rəisi general Valeri Gerasimov Suriyada Türkiyə hərbçilərinə edilən hücumla bağlı açıqlama verib.

Gerasimov türkiyəli həmkarı Hulusi Akara zəng edərək başsağlığı verib. Bildirib ki, türk hərbçilərinə hücum səhvən olub.

Baş Qərargah rəisi “əslində biz İŞİD-i vururduq” deyərək məsələyə münasibət bildirib.

Qeyd edək ki, Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.
Yenicag.az