Esra Erolun bu hərəkəti alqışlandı – video

72369_eu7l6aqofaAparıcı Esra Erol evlənən cütlüklər üçün avtomobil yarışı keçirib.

Avtomobili udarsa, türk əsgərləri üçün “Mehmetçik Fondu”na bağışlayacağını deyən namizəd uduzub.

Sonda Esra həmin cütlüyü çağıraraq həmin avtomobili qiyməti qədər məbləği “Mehmetçik Fondu”na bağışladığını deyib. Tamaşaçı tərəfindən böyük alqış alan Erolun bu hərəkəti digər telekanalda evlilik proqramı aparıcılığı edən Zuhal Topalla müqayisə edilib.

Qeyd edək ki, Z.Topalın proqramında bir bəy namizəd şəhidləri yada salaraq hörmət edilməsini istəmişdi. Lakin iştırakçı qızlardan biri həmin an rəqs eləmiş və aparıcı buna etiraz etməmişdi.