Əşrəf Qəni istefa SƏBƏBİNİ açıqladı

““Taliban” Kabilə hücum etməyə hazırlaşırdı”.

Yenicag.az xəbər verir ki, bu barədə istefa verən Əfqanıstan prezidenti Əşrəf Qəni özünün “Facebook” hesabında yazıb.

“Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, – o bildirib.

Qeyd edək ki, bu gün radikal “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qəni həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib./Report/