!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əşrəf Qənidən ilk AÇIQLAMA: “Ən qısa zamanda Əfqanıstana dönəcəm”

!Reklam – Yazi

“Taliban”ın paytaxt Kabili ələ keçirməsindən sonra Əfqanıstandan qaçan prezident Əşrəf Qəni əfqan xalqına müraciət edib.

Yenicag.az xəbər verir ki, Qəninin müraciəti “Facebook” hesabından yayımlanıb.

Əşrəf Qəni hazırda Birləşmiş Ərəb Əmirliklərində olduğunu qeyd edib, ən yaxın zamanda Əfqanıstana qayıdacağını vurğulayıb.

Qəni ölkədən çıxarkən özü ilə külli miqdarda pul aparması yönündəki iddialara aydınlıq gətirərək bunun yalan olduğunu bildirib:

“Ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim, çantada cəmi bir neçə kitab götürə bildim”.

 

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv