Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Əsrin döyüşünü Meyvezer qazandı - VİDEO

Reklam: Sinerji Pro

ABŞ-ın Las-Veqas şəhərində 5 çəki dərəcəsində amerikalı keçmiş dünya çempionu kiçik Floyd Meyvezer MMA döyüşçüsü və UFC çempionu, irlandiyalı Konor Makqreqorla qarşılaşıb.

Yenicag.az xəbər verir ki, əsrin döyüşü 10-cu raundda texniki nokautla Meyvezerin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Konor Makqreqor üçün peşəkar rinqdə debüt qarşılaşması olub. Floyd Meyvezer isə karyerasında 50-ci qələbəsini qazanaraq, əfsanəvi Rokki Marçianonun rekordunu keçib. Makqreqor üzərində qələbədən sonra Meyvezer karyerasını bitdiyini elan edib.

Döyüşün videosunu təqdim edirik:

Yenicag.az

www.yenicag.az

493