Estetik əməliyyatların PEŞMANLIĞI: Məşhur aktrisa nəyi etiraf etdi? – FOTOLAR

Türkiyənin məşhur aparıcı və aktrisası Burcu Esmersoy yeni etirafı ilə diqqəti cəlb edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, xarici görünüşü hər zaman müzakirə olunan cazibədar aparıcı estetik əməliyyatlar etdirdiyini heç vaxt gizlətməyib.

O, hətta, göz qapağı əməliyyatı (blefaroplastika) etdirdiyini də heyranlarından gizlətməmişdi.

Lakin Esmersoy son açıqlamasında etdirdiyi əməliyyatlara görə peşman olduğunu deyib.

“Qaşınızla, üzünüzlə oynamayın, çünki üzünüzə estetik toxunuşlar etdikdən sonra daha çox peşman olursunuz”, – deyə o gənc qızlara səslənib.