Estoniya 1994-cü ildə Rusiya ilə təhsil sahəsində əməkdaşlıq haqqında sazişi ləğv edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Postimees” nəşri məlumat yayıb.
“Hökumət Estoniya ilə Rusiya arasında 1994-cü ildə bağlanmış təhsil sahəsində əməkdaşlıq sazişini ləğv etmək barədə qərar qəbul edib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, qərar Ukraynadakı münaqişə ilə bağlı qəbul edilib.