Estoniya prezidenti İlham Əliyevi təbrik etdi

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.
Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

COP29