!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Etdiyin yanlış bağışlanmazdır" - Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi? - VİDEO

!Reklam – Yazi

Bir neçə il öncə məşhur azərbaycanlı “qanuni oğru” Kiyev hava limanında intihar etdi.

Yenicag.az xəbər verir ki, o zaman bu ölüm epizodu istər Rusiyada, istərsə də Azərbaycanda ajiotaj yaratdı. İntihar səbəbi də birmənalı qarşılanmadı. Onun ölümü bir müddət sirr pərdələri arxasında gizli qalsa da, sonralar hər şey bəlli oldu.

İntihar edən azərbaycanlı “qanuni oğru” kriminal aləmdə “Dadaş Bakinski” kimi tanınan Dadaş Hikmət oğlu İbrahimov idi.

Xatırladaq ki, hadisədən bir müddət əvvəl “Dadaş Bakinski” Rusiyadan deportasiya edilmişdi. Deportasiyadan bir neçə gün sonra Kiyevdəki Barispol hava limanında qanlı insident baş verib. Belə ki, Dadaş İbrahimov birbaşa uçuş zonasında siqaret çəkərkən polislər ona xəbərdalıq etmək istəyiblər. Lakin “qanuni oğru” aqressiv reaksiya verərək, əcnəbi dildə qışqırmağa başlayıb. İnsident yerinə əlavə qüvvə çağrılanda “qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub. Gözlənilmədən onun kürəyinə, özünün isə boynuna, qarnına zərbələr endirib. “Dadaş Bakinski” bundan sonra yerə yıxılıb. Qanlı olaydan sonra “qanuni oğru” Barispol rayon xəstəxanasına yerləşdirilib. Onun məhz bu hadisə zamanı aldığı yaralardan sonra xəstəxanada keçindiyi də ehtimallar arasındadır.

Maraqlıdır ki, kriminal avtoritetin hava limanında özünə xəsarət yetirməsi “qanuni oğru” adından mərhum edilməsi ilə bağlı olub. Kriminal aləmin jarqonu ilə desək, o, “tarmazit” olunub. Belə ki, İstanbulda “Dadaş Bakinski”nin iştirakı ilə “sxodka” keçirilib və o, “qanuni oğru” adından məhrub edilib. Yığıncaqda  “Dadaş Bakinski” gürcü “qanuni oğru” Levan Suxumskinin döyülmə səbəbini əsaslandıra bilməyib.

Bu səbəbdən  “qanuni oğru” Rövşən Lənkəranski tərəfindən titulu əlindən alınıb. Bunu həzm edə bilməyən “Dadaş Bakinski” də intihar edib. Əslində, “Dadaş Bakinski” həmişə Lənkəranski tərəfindən çox hörmət və ehtiramla qarşılanıb. Deyilənə görə, hətta Lənkəranski “sxodka”da “Bakinski”yə deyib ki, “sən bizlərdən birisən, sən “oğru”san. Amma etdiyin yanlış bağışlanmaz haldır. Əslində, belə hallarda sən onu cəzlanadırdığın kimi cəzalanmalısan. Amma buna mənim nə insanlıq, nə də şəxsiyyətim yol verir. Sən də gözəl bilirsən ki, bu aləmdə qanunları dəyişmək, pozmaq olmaz. Əməlinin səbəbini izah edə bilsən, yola salacağıq. Amma törətdiyin əməlin əsasını verə bilməsən, tacından məhrum ediləcəksən”.

“Dadaş Bakinski” də əməlinin səbəbini izah edə bilmədiyi üçün “tacı” əlindən alınaraq yola salınır. Cinayətkar aləmin qanunlarına tam riayət edən Lənkəranski onunla xoş danışaraq, sonda xoş da ayrılıb.

Qeyd edək ki, “Dadaş Bakinski” 16 aprel 1973-cü ildə Bakının Novxanı kəndində dünyaya göz açıb. Onun atası mərhum “qanuni oğru” Hikmət İbrahimovdur. “Dadaş Bakinski” 2000-ci ildə MDB-də geniş nüfuz dairəsinə sahib klassik “oğru”lardan Sabirabadlı Hikmət, Masallı Mamedlə birgə keçirilən “sxodka”da “taclandırılıb”. O, “taclandırılanadək” məhbəs həyatı yaşamayıb. “Qanuni oğru” titulunu qazandıqdan 5 il sonra Rusiyada tutularaq ilk həbs həyatını yaşayıb.

www.yenicag.az

13041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv