Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Etibar Məmmədov keçmiş partiyadaşından danışdı: "Baş nazirin təyinatı..."

Reklam: High Technic

Bu gün Milli Məclisin iclasında Azərbaycanın yeni baş nazirinin adı rəsmən bəlli olub.

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə müzakirə üçün Novruz Məmmədovun namizədliyini irəli sürüb. Deputatlar yekdiliklə Novruz Məmmədovun namizədliyini təsdiqləyiblər.

Novruz Məmmədovun baş nazir təyin edilməsi ilə bağlı AMİP lideri Etibar Məmmədov Yenicag.az-a açıqlama verib:

“Hər prezident seçkisindən sonra qanuna uyğun olaraq Nazirlər Kabineti buraxılır və yeni kabinet formalaşır. Prezidentin səlahiyyətindədir ki, baş nazirə namizədini göstərsin və ölkə başçısı Novruz Məmmədovun namizədliyini irəli sürüb və Milli Məclis yekdilliklə Novruz Məmmədovun namizədliyini təsdiqləyib. Yeni baş nazirin dönəmi başlayır. Biz də oturub gözləcəyik ki, istiqamət hansı tərəfə olacaq”.

 Etibar Məmmədov dəyişikliklərin anonsunu verib:

“Növbəti mərhələdə dəyişiklikləri gözləməliyik”.

 AMİP lideri keçmiş partiyadaşı Novruz Məmmədovun namizədliyinin gözlənilməz olmadığını vurğulayıb:

“Novruz Məmmədov təcrübəli bir şəxsdir. Nəzərə alsaq ki, hökümət prezidentin nəzarəti altında fəaliyyət göstərir. Ona görə də, baş nazirin prezidentin komandasından bir adam olması gözlənilirdi. O da oldu”.

Qeyd edək ki, Novruz Məmmədov siyasi fəaliyyətinə AMİP-də başlayıb.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

4134
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100