!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etibar Pirverdiyevin qızı sabiq nazir oğlu ilə şirkət açdı - Londonda - VİDEO

!Reklam – Yazi

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov Londonda daha bir şirkət açıb.

Yenicag.az-ın məlumatına görə, Eldar Abbasovun biznes şəriki onun həyat yoldaşı, “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyevadır.

Hər iki məmurun – Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar.

INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.

Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.

Şirkətin nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir. Qeyd edək ki, BİTTOP şirkəti tamam fərqli profildə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.

www.yenicag.az

5957
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv