!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etimad Əsədov: “Qazilərin problemləri çoxdur…”

!Reklam – Yazi

2c3cdcf8-20e4-48e3-9946-628f415fb95eBu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” ictimai birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində I konfransını keçirilib.

“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq Azərbaycanda Qarabağ qazilərinin real vəziyyətindən danışıb. O bildirib ki, keçmiş döyüşçülərin həyat şəaraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən müəyyən addımlar atılsa da, həlli vacib xeyli problemlər var və qalmaqda davam edir: “Qarabağ qazilərinin, şəhid ailələrinin problemi çoxdur! Azərbaycanda Qazilərə, şəhid ailələrinə qarşı məmur özbaşınalığı, biganəliyi davam edir! Belə olmaz! Bunları demək lazımdır!”

Layihənin məqsədindən danışan “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov
əsas hədəflərinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib.

Konfransda “Qarabağ əlilləri, Veteranları və Şəhid ailələrinin Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri, hüquqşünas Tahir Məmmədov mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi döyüşçülərin qarşılaşdığı haqsızlıqlarla bağlı geniş çıxış edib və problemdən çıxış yolunda danışıb.

Tədbirdə hüquqşünas Dilbər Ağayeva, hərbi jurnalist, polkovnik – leytenant İbrahim İbadoğlu və digər iştirakçılar öz fikir və düşüncələrini bölüşüblər.

İştirakçılara layihə çərçivəsində hazırlanmış buklet paylanıb.

Qeyd edək ki, layihə çərçivəsində daha üç konfrans keçiriləcək.

Konfransdan hazırlanmış geniş materiala yaxın zamanlarda yayılacaq.

www.yenicag.az

1332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv