!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etimad İsmayılov: “Türkiyədəki dəyişdirilən siyasi sistem..”

!Reklam – Yazi

“Türkiyədə keçirilən son referendum çox böyük, hətta deyərdim, həyati önəm daşıyırdı. Allaha həmd olsun ki, səsvərmənin nəticələri uğurlu oldu”.

Yeniçağ.Az “Ovqat.com”-a istinadən xəbər verir ki, bunu Ədalət partiyasının sədr müavini Etimad İsmayılov qardaş ölkədə keçirilən son referendumun nəticələrini şərh edərkən deyib.

O, Türkiyənin bizim və dünya müsəlmanları üçün daşıdığı əsrarəngiz anlamına söykənərək bildirib:

“ABŞ, Fransa, İngiltərə başda olmaqla imperialist güvvələr tərəfindən sərvətləri talanan, bilərəkdən adət-ənənələri məhvə sürüklənən, torpaqları işğal altında olan Azərbaycanın dünyada yeqənə səmimi tərəfdaşı və dəstəyi Türkiyədir. Digər tərəfdən İslam dünyasının çökdürülməsi, siyasi məhvi nəticəsində, “Böyük Kürdüstan” pərdəsi altında Böyük İsrail dövləti qurmağın hədəfləndiyi bir zamanda, siyasi şərçilərin gənaətinə görə, İslamın son qalası olan qardaş Türkiyənin inkişafı, güclənməsi bizlərə hava-su kimi lazımdı. Bu referendumu vacib edən bir neçə amil mövcud idi”.
E. İsmayılov son konstitusiya dəyişikliyinin Türkiyəni avtoritarlaşdırcağı fikriylə razılaşmır:

“Əgər biz demokratiyadan danışırıqsa, Türkiyədəki dəyişdirilən siyasi sistem, fikrimcə, demokratiyaya zidd idi. Çünki qanunverici orqan olan Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi eyni zamanda Nazirlər Kabinetini formalaşdırmaqla icra strukturu funksiyasını daşıyırdı. Bu da hakimiyyətin bölünmə prinsipinə ziddir.

Digər tərəfdən,Türkiyənin siyasi sisteminə bələd olan insanlara bəllidir ki, antaqonist mövgelərdən cıxış edən, hətta deyərdim ki, Türkiyənin inkişafında maraqlı olmayan imperialist qüvvələrin maşası rolunu oynayan fərqli siyasi partiyalar parlamentdə qanunların gəbulunu əngəlləyir, dövlət ücün vacib olan inkişafın önünü xaincəsinə alırdılar. 2019-cu ildən etibarən Turkiyənin yeni siyasi sistemi dunyadan gələn tələblərə daha operativ cavab verəcək, gözlənilən təhlükələrin qarşısını alacaq.

Zənnimcə, bu referendumun nəticələri bölücü təfəkkürlə yaşan insanların, onların xarıcı havadarlarının Türkiyənin siyasi talehinə təsir imkanlarını sıfıra endirdi”.

Yeniçağ.Az

www.yenicag.az

893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv