Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi Azərbaycana gətirilib.
Yenicag.az xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib. Cənazəni qarşılamaq üçün İlyas İsmayılovun ailə üzvləri, Etimad İsmayılovun dostları, mərhumun həyat yoldaşı Sevil Nuriyevanın yaxınları hava limanına axın ediblər.
Etimad İsmayılov bu gün Nardaranda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!