“Etimadı doğrultmağa çalışacam” – Millimizin baş məşqçisi

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi Vüqar Məmmədə tapşırılıb.

Yenicag.az xəbər verir ki, gənc çalışdırıcı açıqlama verərək təyinatından danışıb:

“Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığma komandalarımıza təyin edilmiş bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.

COP29