Etiraz aksiyasında partlayış: 20 ölü, 170 yaralı

blast_in_kabul (1)Kabulda baş vermiş partlayış nəticəsində ən azı 20 nəfər ölüb.

Bu barədə “Reuters” Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hadisə zamanı onlarla insan xəsarət alıb. “Tolo” telekanalının məlumatına əsasən, partlayış Dehmazanq rayonunda elektrikötürücü xəttin tikintisi ilə bağlı keçirilən etiraz aksiyası zamanı baş verib.

Partlayışın intiharçı tərəfindən törədildiyi iddia olunur.

Telekanal iki partlayışın baş verdiyi barədə xəbər yayıb, lakin bu məlumat təsdiqini tapmayıb. (Trend)