!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Etiraz həftəsi”nin sifarişini İran verib?

!Reklam – Yazi

12025408_10206821690973591_1940575086_nElşən Mustafayev: “Məsələ şişən kimi onu daha da böyütmək üçün xarici qüvvələr belə olaylardan hər zaman yararlanmağa çalışıb”

Bu il noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibovun rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması bir qrup dini hərəkat tərəfdarının qəzəbinə səbəb olub.
Belə ki, məlumatlara görə, bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirərək, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb.

Məlumatda qeyd olunub ki, qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb.
Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib.

Buradan görünür ki, bir qrup dindarlar polislə bilərəkdən qarşıdurma yaradır. Hadisələrin bu cür cərəyan etməsində görəsən xarici təsirlər ola bilərmi?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bu olayda xarici təsirlərin ola bilməsi ehtimalını istisna etmədi: “Baş verən bu prosesin yetişməsində daxili amil rol oynayıb. Yəni həmin prosesin yetişməsinə daxili amillər təsir edib. Həmin daxili amilin yetişməsindən sonra isə adətən bu hadisələrdən xarici amillər çox ustalıqla istifadə edir, yararlanmağa çalışırlar. Ona görə də məsələyə birtərəfli şəkildə yanaşmazdım. Daxildə bu prosesləri bilərəkdən, yaxud da bilməyərəkdən təşkil edən qüvvələr olur. Belədə məsələ şişən kimi onu daha da böyütmək üçün xarici qüvvələr belə olaylardan hər zaman yararlanmağa çalışıb. Zamanında məsələnin qarşısı alınsaydı sözsüz ki, proses bu vəziyyətə gəlib çıxmazdı. Azərbaycan elə bir geostrateji məntəqədə yerləşir burada xarici qüvvələr aranı qarışdırmaq, ölkədə xaos yaratmaq niyyətində də ola bilərlər. Bu şansı onlara verən insanların da ölkəyə xəyanətini ən azından ölkəmizdə xaos yaratmağa çalışan xarici qüvvələr qədər hesab edirəm. Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin əlinə bu şəkildə hər hansı bəhanənin verilməsi doğru deyil. Bunun qarşısı istənilən halda alınmalıdır”.

Qeyd edək ki, 4-11 noyabr Tale Bağırzadə və Abgül Süleymanov tərəfindən “Etiraz həftəsi” elan edilib.

 

ELÇİN

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv