Etirazçılar parlamentin binasına od vurub

Paraqvayın paytaxtı Asunsyonda etirazçılar ölkə parlamentinin binasına od vurub.

Konqresdə baş verən iğtişaşlar zamanı biri deputat olmaqla, bir neçə nəfər yaralanıb.

Məlumata görə, Paraqvay parlamenti dövlət başçısı Orasio Kartesin daha bir müddətə prezident seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişikliklərini qəbul edib.(APA)

Yeniçağ.az