Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Etirazlar zamanı 40 nəfər öldü

Son sutkada ərzində İraqın müxtəlif yerlərində nümayişçilərlə polis arasında baş verən toqquşmalar zamanı 40 nəfər ölüb.

Yenicag.az “İnterfaks”a istinadən xəbər verir ki, iğtişaşların çoxu İraqın cənubunda baş verib. Orada 36 etirazçının öldürüldüyü və 245 nəfərin yaralandığı bildirilir.

Digər 4 nəfər isə Bağdadda təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarını odlu silahdan atəş açması nəticəsində ölüb.

Ümumilikdə İraqda oktyabrın 1-dən başlayan etirazlar zamanı azı 350 nəfər ölüb, minlərlə insan yaralanıb.

Dünən hökumətə qarşı çıxan nümayişçilər Nəcəfdəki İran diplomatik nümayəndəliyini yandırıblar. Konsulluq əməkdaşları nümayişçilər binaya girməzdən bir müddət əvvəl təxliyyə edilib. İraq hökuməti irimiqyaslı etiraz aksiyaları ilə əlaqədar ölkənin mərkəzi və cənub bölgələrində təhsil və bələdiyyə müəssisələrinin işini dayandırmağa məcbur olub.

Loading...

www.yenicag.az

1023
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100