İtaliyanın Siciliya adasındakı Kataniya hava limanında Etna vulkanı səbəbindən onlarla uçuş ləğv edilib və ya təxirə salınıb.
Yenicag.az axar.az-a istinadən bildirir ki, günün sonuna qədər hava limanında fasilələr yaransa da, hələ açıqdır. Bəzi təyyarələr Palermoya yönləndirilib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu Etna kraterlərindən birində aktivliyin tədricən artdığını təsdiqləyib. Kül sütununun cənub istiqamətində yayıldığı bildirilir.
Etna Siciliyanın şərq sahilində yerləşən stratovulkandır. O, Avropanın ən yüksək aktivliyə malik vulkanıdır. Etnanın maksimum hündürlüyü aralarındakı püskürmələr və çökmələr nəticəsində dəyişir. Vulkan 1190 kvadrat kilometr ərazini əhatə edir və İtaliyanın ən böyük aktiv vulkanı sayılır.