Etna vulkanı püskürdü

İtaliyanın Siciliya adasında Etna vulkanı püskürüb.

Yenicag.az-ın məlumatına görə, püskürmə ilə əlaqədar Kataniya əyalətində 3,3 bal gücündə zəlzələ də baş verib.

Yeraltı təkanlar 9 kilometr dərinlikdə qeydə alınıb.

Etnanın püskürməsi ilə əlaqədar Kataniya hava limanının üzərində hava məkanı qismən bağlanıb. Aeroportda uçuş və enişlərin sayı məhdudlaşdırılıb.

Hər hansı bir fəsad və ya itki barədə məlumat verilməyib./Trend/

COP29