Etna vulkanı yenidən püskürüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar Siciliya adasındakı Kataniya hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Sərnişinlərdən yalnız aviaşirkətlərlə məsləhətləşdikdən sonra hava limanına gəlmələri istənilib.
Məlumata görə, uçuşlar təhlükəsizlik şəraiti bərpa olunana qədər dayandırılacaq.