!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Eurobank” satışa çıxarılıb

!Reklam – Yazi

54663Ölkədə fəaliyyət göstərən banklardan biri Mərkəzi Bankın məcmu kapitalı 50 milyon manata çatdırmaq tələbini yerinə yetirə bilmədiyinə görə, satışa çıxarılıb.

Bu indiyədək bank sektorunda o qədər də tanınmayan “Eurobank”dır. Bankın səhmlərinin yarıdan çoxu kənar səhmdara satılacaq. Hazırda bankın məcmu kapitalı cəmi 7,5 milyon manatdır.

Fəaliyyətini davam etdirmək üçün quruma 42,5 milyon manat lazımdır. Səhmlərin iri holdinqlərdən birinə satılacağı bildirilir. Mərkəzi Bankın qərarına görə, ilin sonuna qədər məcmu kapitalını 50 milyon manata çatdırmayan banklar ya başqa banka birləşməli, ya bank olmayan kredit təşkilatına çevrilməli, ən pis halda isə bağlanmalı olacaqlar.

(anspress.com)

www.yenicag.az

917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv